Necə kömək edə bilərik?
Başlanğıc
Necə başlayım?+
Qeydiyyatdan keçin, kabinetdə "Yeni banner" düyməsini basın, formatı seçin və materialınızı yükləyin. Banner hazır olanda bir sətirlik kodu kopyalayıb saytınıza yapışdırın.
Balansı necə artırım?+
Hazırda balans IMV komandası tərəfindən artırılır: office@imv.az ünvanına və ya WhatsApp-a yazın, hesab-faktura göndərək. Onlayn kartla ödəniş tezliklə əlavə olunacaq.
Formatlar və fayllar
Şəffaf animasiya üçün hansı faylları yükləyim?+
After Effects və ya başqa proqramdan çıxan şəffaf fonlu PNG kadrlar (qovluq və ya ZIP), yaxud şəffaf video (MOV ProRes 4444, WEBM). Sistem özü yüngül video hazırlayır.
Fayl həcmi nə qədər ola bilər?+
Video formatlar üçün hər fayl 400 MB-a qədər, animasiya 40 saniyəyə qədər. Şəkil formatları üçün hər şəkil 1.5 MB-a qədər.
Hansı ölçüləri seçim?+
Format səhifəsində tövsiyə olunan ölçülər yazılıb. Standart bannerlər üçün bütün IAB ölçüləri (300×250, 728×90, 300×600, 970×250 və s.) var.
Kodun yerləşdirilməsi
Kodu harada istifadə edə bilərəm?+
İstənilən saytda: HTML, WordPress, Tilda, Google Tag Manager, Revive və Google Ad Manager. Kabinetdə hər platforma üçün addım-addım təlimat var.
Bir saytda bir neçə yer üçün statistika necə ayrılır?+
Koda data-imv-placement="ad" əlavə edin (məs. ana-sehife, xeber-ici). Statistika sayt və yer üzrə ayrıca göstərilir.
Kod reklam serverinin iframe-ində işləyirmi?+
Bəli. Kod eyni domendəki iframe-dən çıxıb banneri əsas səhifədə göstərir. Google Ad Manager-də popup və catfish üçün SafeFrame-i söndürün.
Statistika və ödəniş
Göstəriş nə vaxt sayılır?+
Popup və catfish üçün — banner ekranda açılanda. Məqalə içi formatlar üçün — banner ən azı yarısı 1 saniyə görünəndə. Pul yalnız sayılan göstərişə görə çıxılır.
CPM nədir?+
1000 göstərişin qiyməti. IMV Ads-də 0.50 ₼. Yəni 100 ₼ ilə təxminən 200 000 göstəriş.
Balans bitəndə nə olur?+
Bütün bannerlərin yayımı avtomatik dayanır. Balans artırılan kimi heç nə etmədən davam edir.